- 16:55
İsrail hücumları nəticəsində son 24 saat ərzində 8-i dağıntılar altından çıxarılan olmaqla, 10 fələstinlinin cənazəsi xəstəxanalara çatdırılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Qazza Səhiyyə Nazirliyi məlumat yayıb.
Ölkələr arasında atəşkəs qüvvəyə mindikdən sonra davam edən hücumlar nəticəsində isə, 347 nəfər həlak olub, 889 nəfər yaralanıb, dağıntılar altından 596 cəsəd çıxarılıb.
Ümumilikdə İsrailin Qəzza zolağına 2023-cü ilin oktyabrında başlatdığı hücumlar nəticəsində ölənlərin sayı 69 min 785, yaralıların sayı isə 170 min 965-ə yüksəlib.
Humay Eminqızı