Yaşayış binasında yanğın: ölən və yaralanan var


  • 09:56

Türkiyənin Kütahya şəhərində səkkizmərtəbəli binadakı mənzildə baş verən yanğında 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, səkkizmərtəbəli yaşayış binasının birinci mərtəbəsində naməlum səbəblərdən yanğın başlayıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, təcili tibbi yardım və polis qrupları göndərilib.

Evdə yaşayan yaşlı qadın yanğınsöndürənlər tərəfindən evdən çıxarılaraq sonra Kütahya Şəhər Xəstəxanasına aparılıb.

Qadının yataq xəstəsi olan həyat yoldaşının həyatını xilas etmək mümkün olmayıb.

Binada qalan digər mənzillərin sakinləri təxliyə edilib.

Hadisə nəticəsində yanğınsöndürən də daxil olmaqla 5 nəfər tüstüdən zəhərlənib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər