- 11:56
Almaniyanın Tübingen rayonunda ailə faciəsi baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın Baden-Vürtemberq əyalətinin Tübingen şəhərinin Reutlingen rayonunda 63 yaşlı kişi əvvəlcə rayonun başqa yerində yaşayan 60 yaşlı bacısını, daha sonra isə 27 və 29 yaşlı oğullarını qətlə yetirib. O, evə qayıtdıqdan sonra 57 yaşlı arvadını öldürüb.
Daha sonra həmin şəxs intihar edib.
Polisin verdiyi məlumata görə, hadisədə istifadə edilən silah kişi və arvadının cəsədlərinin yanında tapılıb.
Qətliam 60 yaşlı bacının baxıcısı evə gəlib meyiti aşkar etdikdən və polisə məlumat verdikdən sonra üzə çıxıb.
Araşdırma zamanı məlum olub ki, ailə üzvlərinin hamısı eyni silahla güllələnib.
Şəbnəm Mehdizadə