Türkiyədə 16 İŞİD terrorçusu həbs edilib


  • 10:30

Türkiyənin 4 vilayətində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Eskişehir Prokurorluğunun terror təşkilatı ilə bağlı apardığı istintaq çərçivəsində 22 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Eskişehir, Ankara, Sakarya və Hatayda keçirilən əməliyyatda 20 şübhəli saxlanılıb.

Şübhəlilərin ünvanlarında aparılan axtarışlar nəticəsində çoxlu rəqəmsal materiallar, təşkilati sənədlər, 3 tapança, tapança patronu, 3 bıçaq, terror təşkilatı olduğu iddia edilən bayraq və üzərində bayraq olan qələm götürülüb.

Polis bölməsində aparılan istintaqdan sonra şübhəlilərdən 16-sı həbs edilib.

Digər dörd şübhəl şərti azadlığa buraxılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər