Məzmuna keç

Honq-Konqda baş verən yanğında ölənlərin sayı 83-ə çatdı –

Honq-Konqun Tay Po rayonundakı yaşayış kompleksində baş verən yanğın zamanı həlak olanların sayı 83-ə çatıb, onların arasında bir yanğınsöndürən də var.

E-huquq.az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri yazıb.

Qeyd olunub ki, xilasetmə əməliyyatları zamanı yanğınsöndürənlər binanın mərtəbələrindən birinin pilləkənlərində sağ qalan şəxsi xilas ediblər.

***

11:46

Honq-Konqun Tay Po bölgəsində yaşayış kompleksində baş verən yanğın nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri yazıb.