- 12:09
Avstraliyanın Yeni Cənubi Uels ştatında yerləşən Kylies çimərliyində köpək balığının hücumu nəticəsində gənc qadın ölüb
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə cümə axşamı səhər saat 6:30 radələrində baş verib.
Hücum zamanı bir kişi ağır yaralanıb və helikopterlə xəstəxanaya aparılıb.
Hücumdan sonra ərazidə "ağıllı" barabanlar yerləşdirilib. Bu sistemlər məqsədi köpək balıqlarını öldürmədən işarələmək və hərəkətlərini izləyə bilir. Ərazidəki çimərliklər ən azı 24 saat bağlı qalacaq və gecə-gündüz dronlarla müşahidə ediləcək.
Bu, cari ildə ölkədə köpək balığı ilə bağlı beşinci ölümdür. Sentyabr ayında Sidney yaxınlığındakı Long Reef sahillərində 3,5 metrlik böyük ağ köpəkbalığı bir nəfəri öldürmüşdü.
Alimlər hesab edirlər ki, köpəkbalığı hücumlarının artması bir neçə amillə bağlıdır.
Şəbnəm Mehdizadə