"United Airlines" aviaşirkətinin təyyarəsi Dublində təcili eniş edib


  • 11:56

ABŞ-nin "United Airlines" aviaşirkətinə məxsus təyyarə İrlandiyanın paytaxtı Dublində təcili eniş edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Londondan Vaşinqtona uçan təyyarədə sərnişinin noutbuku sürüşərək oturacaqla yan panel arasında düşüb.

Pilotlar təhlükəsizlik baxımından yerə enməyə qərar veriblər.

Təyyarı Dublinə endikdən sonra texniki xidmət işçiləri kompüteri çıxararaq lazımi yoxlamaları həyata keçiriblər.

Daha sonra uçuş davam edib və təyyarə təxminən 5 saat gec Vaşinqtona çatıb. Təyyarədə 100 sərnişin və 10 ekipaj üzvü olub.

Avişirkətin yaydığı açıqlamada bildirilib ki, Litium-ion batareya cihazları tıxandıqda və ya zədələndikdə yanğına səbəb ola biləcəyi üçün, belə hallarda təcili eniş standart təcrübədir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər