- 11:56
"OpenAI" şirkəti 16 yaşlı gəncin intiharı ilə bağlı məsuliyyəti rədd edir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət məhkəmədə 16 yaşlı Reyn adlı gəncin intiharı ilə bağlı məsuliyyəti rədd edib.
Şirkət intihar hadisəsinin sistemdən düzgün istifadə olunmaması səbəbindən baş verdiyini, chatbotun birbaşa rolu olmadığını bildirib.
Ailənin vəkili Jay Edelson deyib ki, Reyn aylar boyu "ChatGPT" ilə söhbətlər aparıb, model ona intihar metodları barədə məlumat verib və ailəsinə vida məktubu yazmaqda kömək təklif edib. Vəkil şirkəti məsuliyyətdən yayınmaqda və istifadəçini günahlandırmaqda ittiham edib.
Kaliforniya Ali Məhkəməsində baxılan işdə "OpenAI" şirkətinin müdafiçəsi istifadə şərtlərində chatbotun özünə zərər barədə məsləhət üçün nəzərdə tutulmadığını bildirib.
Şirkətin daha əvvəl yaydığı açıqlamada uzunmüddətli söhbətlərdə təhlükəsizlik mexanizmlərinin zəifləyə biləcəyi etiraf edilib.
Qeyd edək ki, bu ay şirkətə qarşı intihara təhrik iddiası ilə yeddi yeni məhkəmə işi qaldırılıb.
Şəbnəm Mehdizadə