Almaniyada tapılan qədim daş üzərində mavi piqment izləri aşkarlanıb


  • 16:09

Almaniyanın Mühlheim-Dietesheim bölgəsində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan qədim daş üzərində mavi piqment izləri alimləri təəccübləndirib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Danimarkanın Orhus Universitetinin alimləri bu maddənin azurit adlı mineral olduğunu müəyyən ediblər. Bu, Avropada mavi rəngin bilinən ən qədim istifadəsi sayılır.

Əvvəllər paleolit dövründə yalnız qırmızı və qara rənglərdən istifadə edildiyi düşünülürdü. Araşdırmanın müəllifi Dr. İzzi Wisher bildirir ki, bu tapıntı qədim insanların rənglərə dair anlayışını yenidən qiymətləndirməyə əsas verir.

Alimlər güman edir ki, mavi piqmentlər daha çox bədən boyası, geyimlərin rənglənməsi və ya müvəqqəti dekorativ məqsədlərlə istifadə olunub və bu səbəbdən nadir hallarda günümüzə çatıb.

Əvvəllər neft lampası hesab edilən daşın, əslində piqment qarışdırmaq üçün istifadə olunduğu məlum olub. Bu isə o dövr cəmiyyətlərinin estetik və kosmetik biliklərinin gözləniləndən daha inkişaf etmiş olduğunu göstərir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər