Marsda ilk dəfə ildırım qeydə alınıb


  • 16:22

NASA-nın "Perseverance" adlı kəşfiyyat aparatı Marsda ilk dəfə ildırım çaxmalarını qeydə alıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, "Perseverance"ın SuperCam mikrofonu və elektromaqnit sensorlarının iki illik müşahidələri zamanı 55 elektrik boşalması aşkar edilib.

Bu hadisələrin böyük əksəriyyəti güclü küləklərin müşayiət etdiyi toz fırtınası cəbhələrində baş verib. Mikrofon həm naqillərə təsir edən elektron siqnallarını, həm də yeddi hadisədə kiçik gurultu səslərini qeydə alıb. Bu, Mars atmosferində elektrik yüklənməsinin həqiqətən baş verdiyini göstərir.

Mars ildırımları Yerdəkilərdən daha zəif olsa da, tapıntı iki mühüm əhəmiyyət kəsb edir. Gələcək missiyalar Marsdakı elektrik boşalmalarına qarşı daha davamlı texnologiyalarla təchiz edilməsi vacibdir. Digər tərəfədən ildırımın həyatın yaranmasında rol oynadığı ehtimal edildiyindən, bu fenomen Marsda mümkün həyat üçün yeni tədqiqat istiqamətləri açır.

Tədqiqat Mars atmosferinin daha yaxşı modelləşdirilməsi və elektrik hadisələrinin mexanizmlərinin öyrənilməsi üçün yeni imkanlar yaradır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər