İndoneziyada sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 49-a çatıb


  • 16:27

İndoneziyada güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 49-a çatıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Padanq Pariaman bölgəsində 3300-dən çox ev su altında qalıb.

Şiddətli yağışlar Şimali Sumatra, Qərbi Sumatra və Aceh əyalətlərində ciddi fəsadlar törədib. Əyalət rəhbəri Halili Yoqa çərşənbə günü Mərkəzi Açenin üç kəndində güclü yağışın səbəb olduğu torpaq sürüşmələrindən sonra 9 nəfərin öldüyünü bildirib.

O bildirib ki, əyalətdə daşqınlar səbəbiylə təxminən 47,000 insan evlərini tərk etmək məcburiyyətində qalıb. Təxminən 1,500 insanın müvəqqəti sığınacaqlara sığınıb.

Xilasetmə qrupları Lumin Park yaşayış massivində sel sularında boğulan 6 nəfərin cəsədini çıxarıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər