Hakim ayağını ayağının üstünə aşırıb oturan xanım vəkilə irad bildirdi


  • 16:39

Türkiyənin İstanbul şəhərində vəkilə məhkəmə zalında oturuş səbəbilə xəbərdarlıq edilib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbul 4-cü Asliye Məhkəməsində keçirilən məhkəmə iclasında hakim vəkil Esra Nur Çakmakçıya ayağını ayağının üstünə aşırmasını irad bildirib.

Vəkil hadisə ilə bağlı Hakimlər və Prokurorlar Şurasına (HSK), eyni zamanda İstanbul Ədliyyə Komissiyasına şikayət təqdim edib.

Vəkillərin Hüquqları Təşkilatı xanım vəkilə qarşı bu rəftarı “peşə şərəfini alçaldan müdaxilə” kimi dəyərləndirib.

Təşkilat vəkilin məhkəmə binası qarşısında uzun müddət gözlədildiyini də vurğulayıb.

İstanbul Vəkillər Kollegiyası məsələ ilə bağlı açıqlama yayaraq hakimin davranışlarını qanunsuz adlandırıb. Qurum, növbəti iclaslarda müşahidəçi göndəriləcəyini bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər