Məhkəmə hakimi qardaşı tərəfindən güllələndi


  • 16:55

Türkiyənin İstanbul şəhərində məhkəmə hakiminə odlu silahdan atəş açılıb.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə səhər saat 09:40 radələrində Atatürk məhəlləsində baş verib.

Məlumata görə, hakim işə gedərkən qardaşı onunla mübahisə etməyə başlayıb. Mübahisə böyüyüb və qardaşı hakimə atəş açıb.

Əraziyə polis və tibb işçiləri cəlb edilib.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Mübahisənin miras üstündə başladığı məlum olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər