- 17:30
Türkiyənin Van şəhərində vəkil 2 nəfəri öldürüb.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə gecə saat 03:00 radələrində Vanın İpekyolu məhəlləsindəki oteldə baş verib.
Oteldə olduğu bildirilən vəkil B.K. ilə otel sahibləri arasında naməlum səbəbdən mübahisə düşüb. Mübahisə böyüdükcə vəkil B.K. otel sahibi ata və oğlunu güllələyib.
Hadisə yerinə polis qrupları göndərilib.
Vəkil polis tərəfindən saxlaılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə