Endirim kampaniyaları beynin qərar mexanizmini necə dəyişir?


  • 17:30

Noyabr ayı gələn kimi hər yerdə "bir günlük satışlar", "qaçırılmaz endirimlər" və "son saatlar" mesajlarını görməyə başlayırıq. Tədqiqatçıların fikrincə böyük endirimlər beynin qərar vermə prosesinə təsir edən psixoloji strategiyadır.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, gərgin kampaniyalar və məhdud zaman təzyiqləri beynin daha az məlumatla daha sürətli qərarlar qəbul etməsinə səbəb olur.

Biz vacib məhsulu alarkən adətən qiyməti, xüsusiyyətləri, rəyləri və büdcəni müqayisə edirik. Ancaq zaman təzyiqi yarandıqda, beyin kifayət qədər məlumat həddini aşağı salır və biz qərarları daha sürətli qəbul edirik.

Alimlər vurğulayırlar ki, endirimlərdə istifadə olunan "anbarda cəmi 8 ədəd qalıb" və ya "12 nəfər bunu səbətinə əlavə edib" kimi ifadələr rəqabət hissi doğurur və məhsulu olduğundan daha qiymətli göstərir.

Qıtlıq hissi yarandıqca, beyni əldən vermə qorxusu tətikləyir və bizi fərqinə varmadan impulsiv alış-verişə aparır.

Mütəxəssislərin fikrincə, sürətli qərarlar qəbul edərkən səhv etmək ehtimalı artır və biz həqiqi ehtiyaclardan çox impulsla hərəkət edirik.

Alimlər istehlakçılara əvvəlcədən planlaşdırma aparmağı, satışdan əvvəl həqiqətən lazım olanı müəyyənləşdirməyi, büdcə təyin etməyi və satın almadan əvvəl dayanıb düşünməyi tövsiyə edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər