Bennu asteroidində həyat üçün vacib amin turşusu aşkarlanıb


  • 09:57

NASA-nın OSIRIS-REx missiyası ilə Bennu asteroidindən gətirilən nümunələrdə həyat üçün vacib olan amin turşusu - triptofan aşkarlanıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, sözügedən maddənin ilk dəfə kosmos mənşəli nümunədə tapılmasıdır.

EAlimlər bildirirlər ki, Bennunun tərkibi həyatın mənşəyinə dair mühüm ipucları verir. Daha əvvəl həmin nümunələrdə 14 amin turşusu və 5 nukleobaza (DNT və RNT komponentləri) müəyyən edilmişdi. Yeni analizlə bu say 15-ə yüksəlib.

NASA astrokimyaçısı Xose Aponte qeyd edib ki, bu kəşf həyatın təkcə Yerdə deyil, kosmosda da təbii şəkildə yarana biləcəyini göstərir.

Tədqiqatçılar nümunələrin təmiz şəraitdə götürüldüyünü və Yer çirklənməsi ehtimalının aşağı olduğunu vurğulayırlar. Analiz cəmi 50 milliqram material üzərində aparılıb və nəticələrin təsdiqi üçün əlavə testlər planlaşdırılır.

Alimlər ehtimal edirlər ki, Bennu kimi asteroidlər həyat üçün əsas molekulları Yerə gətirmiş ola bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər