Luvr muzeyində bilet qiymətləri 45 faiz artırılacaq


  • 10:07

Fransanın paytaxtı Parisdə yerləşən Luvr muzeyinə giriş biletləri 14 yanvar 2026-cı il tarixindən etibarən 45 faiz artacaq.

E-huquq.az Fransa KİV-ə istinadən xəbər verir ki, muzeyin Direktorlar Şurası 2026-cı il yanvarın 14-dən etibarən muzeyin giriş qiymətlərinə dəyişiklikləri təsdiqləyib.

Yeni qaydalara əsasən, Aİ, İslandiya, Lixtenşteyn və Norveçdən gələn ziyarətçilər üçün giriş biletləri həmin tarixdən etibarən 45 faiz artaraq 32 avroya çatdırılacaq.

Fransanın mədəniyyət naziri Raşida Dati bu ilin əvvəlində Luvr muzeyinin fərqli giriş haqları tətbiq etməsini istədiyini bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər