- 10:39
Şri-Lankada leysan yağışların səbəb olduğu torpaq sürüşməsi və daşqınlarda 47 nəfərin həyatını itirib.
E-huquq.az "Daily Mirror" qəzetinə istinadən xəbər verir ki, bu barədə Şri-Lanka Fövqəladə Halların İdarə Olunması Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ölkədə ötən həftədən bəri davam edən leysan yağışların səbəb olduğu fəlakətlərdə 47 nəfər ölüb, 21 nəfər itkin düşüb.
Çoxlu sayda ev, əkin sahələri və yollar su altında qalıb.
Ölkə üzrə 5893 nəfər təbii fəlakətlərdən zərər çəkib.
Rəsmilər dağlıq bölgələrdə qaya, palçıq və ağacların relslərə düşməsi səbəbindən bəzi qatarların hərəkətinin dayandırıldığını, bəzi xətlərin isə daşqın səbəbindən su altında qaldığını bildirib.
Şəbnəm Mehdizadə