Ukrayna və ABŞ nümayəndə heyətləri arasında görüş olacaq


  • 10:26

Ukrayna və ABŞ nümayəndə heyətləri bu həftə sonu Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün hazırlanan sülh planını müzakirə etmək üçün görüşəcəklər.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski məlumat verib.

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna və ABŞ nümayəndə heyətləri bu həftə sonu müharibəyə son qoymaq üçün sülh planını müzakirə etmək üçün görüşəcəklər.

"Namyəndə heyətimiz Cenevrədəki danışıqlardan irəli gələn məsələləri və bizi sülh və təhlükəsizlik təminatlarına yaxınlaşdıracaq addımları müzakirə etmək çün bu həftə sonu ABŞ nümayəndələri ilə görüşəcək. Görüşdə əsas diqqəti vacib məsələlərə yönələcək" - deyə Zelenski bildirib.

Zelenski ABŞ-Ukrayna görüşünün harada keçiriləcəyi barədə məlumat verməyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər