Türkiyədə meşə yanğını baş verib


  • 10:39

Türkiyənin Bolu vilayətində meşə yanğını baş verib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Bolunun Mudurnu rayonunda, Gürçam kəndi yaxınlığındakı meşəlik ərazidə naməlum səbəbdən yanğın başlayıb.

Yanğınsöndürənlərin və kənd sakinlərinin gərgin səyi nəticəsində yanğın qısa zamanda nəzarət altına alınıb.

Alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yanğının baş vermə səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər