- 16:36
İndoneziyada güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 79-a çatıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 100-ə yaxın sakinin axtarış-xilasetmə işləri davam edir.
İndoneziya Fəlakətlərin İdarə Olunması Agentliyinin verdiyi məlumata görə, yağışlar nəticəsində minlərlə ev və bina su altında qalıb və bu səbəbdən minlərlə ailə evlərini tərk etməli olub.
Humay Eminqızı