- 16:36
Yaponiyada ayı yaşlı kişiyə hücum edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Tokionun şimalında yerləşən Qunma prefekturasında 69 yaşlı kişi ictimai tualetdən çıxarkən ayının hücumuna məruz qalıb və ayağından yaralanıb.
NHK dövlət televiziyasının məlumatına görə, Yaponiyada ayı hücumları rekord səviyyəyə çatıb.
Hücum yerinin yaxınlığında patrul xidməti aparan polis sakinləri təcili ehtiyac olmadığı təqdirdə çölə çıxmamaq barədə xəbərdar edib.
Qeyd edək ki, Tokio hökuməti son zamanlar artan ayı hücumlarına qarşı tədbir görür. Hökumət hücumlarla mübarizə aparmaq üçün yeni lisenziyalı ovçuları işə götürmək barədə planlarını açıqlayıb. Həmçinin ölkənin şimalında hücumların ən çox yayıldığı Akita prefekturasına qoşun yeritmək qərarına gəlinib.
Yaponiya Milli Polis Agentliyi polisə ayı ovu zamanı tüfənglərdən atəş açmağa icazə verib.
Baş nazir Takaiçi Sanae, həmçinin ölkədə ayı hücumlarının sayının artması ilə bağlı yerli hökumətlərə əlavə büdcə təklifi təqdim etmək planlarını açıqlayıb.
Şəbnəm Mehdizadə