İzmir sahillərində 7 qayıq yanıb


  • 16:36

Türkiyənin İzmir şəhərinin Çeşme rayonunda balıqçı sığınacağında lövbər salan 7 qayıq qayıq yanıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir qayıqda baş verən və yaxınlıqdakı digər qayıqlara da keçən yanğın yeddi qayıq və bir gözətçi binasının yanaraq məhv olmasına səbəb olub.

Hadisə yerinə polis və yanğınsöndürənlər göndərilib.

Yanğın yanğınsöndürənlər tərəfindən nəzarət altına alınıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər