- 20:59
Ukrayna Prezidenti Volodimir Zelenski Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın istefa üçün müraciət etdiyini bildirib.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının axşam videomüraciətində qeyd olunub.
"Prezident Administrasiyasının rəhbəri Andrey Yermak istefa ərizəsi yazıb", – Zelenski bildirib.
"Ukrayna Prezidentinin Ofisində yenilənmə baş tutacaq. Ofisin rəhbəri Andrey Yermak istefa ərizəsi yazıb. İstəyirəm ki, söz-söhbət və fərziyyələr olmasın. Ofisin yeni rəhbərinə kim olacağına gəlincə, sabah bu quruma rəhbərlik edə biləcək şəxslərlə məsləhətləşmələr aparacağam", – o deyib.
Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermakın evində axtarış aparıldığı barədə məlumat yayılmışdı.