Bosfor boğazı yaxınlığında partlayan tankerin minaya toxunduğu ehtimal edilir – YENİLƏNDİ


  • 20:59

Bosfor boğazı yaxınlığında üzən "Kairos" tankerinin minaya toxunaraq partladığı ehtimal olunur.

E-huquq.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Bildirilib ki, partlayış zamanı tankerdə olan 25 nəfər təxliyə edilib, vəziyyətləri yaxşıdır.

***

Bosfor boğazı yaxlnlığında üzən "Kairos" tankerinin maşın şöbəsində partlayış baş verib və yanğın başlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə "Tribeca" gəmiçilik agentliyi xəbər yayıb.

Məlumata əsasən, hadisə Türkiyənin Bosfor boğazının şimalında qeydə alınıb.

Qambiya bayrağı altında üzən və ballast vəziyyətində olan tanker hadisə zamanı boğazdan təxminən 52 mil şimalda hərəkətdə olub.

Hadisə yerinə xilasedici yedəklər və sahil mühafizə bölmələri göndərilib. Bosfor boğazından gəmilərin hərəkətində problem yaranmayıb.

Oxşar xəbərlər