Rusiya MN zabitinə sui-qəsdə cəhd edən ukraynalı kəşfiyyatçı zərərsizləşdirildi


  • 09:32

Rusiya Müdafiə Nazirliyinin zabitinə qarşı terror aktı törətməyə cəhd göstərən Ukraynanın hərbi kəşfiyyat agenti zərərsizləşdirilib.

E-huquq.az xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Terror aktının icraçısı avtomobilin altına partlayıcı yerləşdirərkən və Rusiya FSB əməkdaşlarına silahlı müqavimət göstərərkən zərərsizləşdirilib”, - məlumatda bildirilib.

Müəyyən edilib ki, terror aktının təşkilatçısı 1984-cü il təvəllüdlü Faxriyev Rustem Saitxaliloviçdir. Onun yardımçılarından biri saxlanılıb.

Saxlanılan şəxs barəsində Rusiya Cinayət Məcəlləsinin 205.1-ci maddəsi (terrorçuluğa yardım) üzrə cinayət işi açılıb. Məhkəmə qərarı ilə o, həbs edilib.

Humay Eminqızı

Oxşar xəbərlər