Hindistan Rusiya ilə yeni silah danışıqlarına hazırlaşır


  • 09:54

Hindistan Rusiya lideri Vladimir Putinin səfəri zamanı Rusiya qırıcıları və raketdən müdafiə sistemi ilə bağlı danışıqlara başlamağı planlaşdırır.

E-huquq.az “Bloomberg”in məlumatına istinadən xəbər verir ki, strateji tərəfdaşlıq sazişi çərçivəsində Su-57 qırıcılarının və S-500 raketdən müdafiə sisteminin təkmilləşdirilmiş versiyasının alınması müzakirə olunacaq.

Qeyd edək ki, son zamanlar Hindistan ABŞ və Avropa ölkələrindən daha çox silah alaraq, Rusiyadan olan həddindən artıq asılılığını azaldıb. Lakin Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatına görə, Moskva hələ də Hindistana hərbi texnikanın ən böyük tədarükçüsü olaraq qalır.

Hindistanın müdafiə naziri Racəş Kumar Sinq cümə günü bildirib ki, Hindistanın Rusiya ilə müdafiə sahəsində əməkdaşlığı uzun bir tarixə malikdir və ölkə yaxın vaxtlarda bunu dayandırmağı planlaşdırmır. Onun sözlərinə görə, Hindistan həm Rusiyadan, həm də ABŞ-dən müdafiə avadanlıqları almağa davam edəcək.

Humay Eminqızı

Oxşar xəbərlər