- 12:50
Türkiyənin Şanlıurfa şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Şanlıurfanın Viranşehir rayonunda iki avtomobilin toqquşması nəticəsində 8 nəfər yaralanıb.
Hadisə yerinə jandarma, tibb işçiləri və yanğınsöndürənlər göndərilib.
Qəzada yaralanan 8 nəfər təcili yardımla Viranşehir Dövlət Xəstəxanasına aparılıb.
Yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma aparılır.
Şəbnəm Mehdizadə