Çin vətəndaşlarına Rusiyaya vizasız giriş icazəsi verilib


  • 12:24

Çin vətəndaşlarına Rusiyaya vizasız giriş icazəsi verilib.

E-huquq.az xəbər verir ki, bu Rusiya Prezidenti Vladimir Putinin fərmanında əksini tapıb.

Sənədin müddəalarına əsasən, Çin vətəndaşları 2026-cı il sentyabrın 14-dək 30 günə qədər Rusiyaya vizasız daxil ola və qala biləcəklər.

Bu imkan qarşılıqlı əsasda verilir, qonaq və ya işgüzar məqsədlərlə səyahətə, turist səfərlərinə, elmi, mədəni, ictimai-siyasi, iqtisadi və idman tədbirlərində iştiraka, habelə ölkə ərazisindən tranzit keçidə şamil edilir.

Bununla belə, fərman Rusiya Federasiyasına işləmək, təhsil almaq, yaşayış yeri və ya beynəlxalq avtomobil daşımaları üçün sürücü, ekipaj üzvləri, ekspeditor və ya nəqliyyat vasitələrini müşayiət edən Çin vətəndaşlarına şamil edilmir.

Humay Eminqızı

Oxşar xəbərlər