İstanbulda malikanədə güclü yanğın baş verib


  • 12:25

Türkiyənin İstanbul şəhərində güclü yanğın baş verib.

E-huquq.az "TRT haber"ə istinadən xəbər verir ki, İstanbulun Üsküdar rayonunda yerləşən və təmir işləri aparılan malikanədə naməlum səbəbdən yanğın baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən göndərilib.

Qruplar təxminən iki saatlıq işdən sonra alovu söndürüb.

Yanğın zamanı malikanəyə ciddi ziyan dəyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər