İndoneziyada sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 442-yə çatıb


  • 12:31

İndoneziyanın Sumatra Adasında güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 442 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə İndoneziya Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi məlumat yayıb.

Məlumata görə, fəlakət nəticəsində 646 nəfər xəsarət alıb.

İtkin düşmüş 400-dən çox insanın axtarış-xilasetmə işləri davam edir.

Humay Eminqızı

Oxşar xəbərlər