Avstraliyada kazinoda 1,2 milyon dollar qazanan qazax cütlük həbs edilib


  • 12:50

Avstraliyanın Sidney şəhərində kazinoda gizli kameralar və qulaqdaxili cihazlardan istifadə edərək 1.2 milyon dollar qazanan cütlük həbs edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər veri ki, cütlük kazinoda kart oyunlarını izləmək üçün gizli kamera və qulaqcıqlardan istifadə edərək təxminən 1,2 milyon dollar qanunsuz qazanc əldə etməkdə ittiham olunur.

Polisin sözlərinə görə, qazaxıstanlı 36 yaşlı Dilnoza İsrailovanın köynəyində gizlədilmiş kiçik kamera aşkar edildikdən sonra həbs edilib.

Az sonra onun 44 yaşlı əri Alisherykhoja İsrailov nəzarətə götürülüb.

Cütlüyün oktyabr ayında Qazaxıstandan Sidneyə gəlib və həmin gün kazino üzvlükləri üçün müraciət etdiyi bildirilib.

Sonrakı həftələrdə onların kazinoda keçirilən oyunlarda 1,179,412 dollar qazanması diqqət çəkib.

Cihazlar cütlüyün telefonlarına qoşulu olub və onlara kart şəkillərini uzaqdan izləməyə imkan verib. Həmçinin iddia edilir ki, cütlük gizli qulaqcıqlardan istifadə edərək mərc oyunlarına dair təlimatlar alıblar.

Onların kazino yaxınlığındakı evində keçirilən axtarış zamanı digər qumar avadanlığı, qiymətli zinət əşyaları və 2000 avro pul tapılıb.

Onlar barəsində həbs-qətimkan tədbiri seçilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər