Məzmuna keç

Rusiya və Səudiyyə Ərəbistanı viza rejiminin ləğvi ilə bağlı hökumətlərarası saziş imzalayıb

Rusiya və Səudiyyə Ərəbistanı bütün növ pasport sahibləri üçün viza tələblərinin qarşılıqlı ləğvi haqqında hökumətlərarası saziş imzalayıb.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, hər iki ölkənin vətəndaşları bir-birinin ərazisinə ildə 90 günə qədər vizasız daxil ola və qala biləcək. Bunun üçün onlar etibarlı pasport təqdim etməlidirlər: beynəlxalq, diplomatik və ya xidməti.

Ölkələr həmçinin iqlim dəyişikliyi və aşağı karbonlu inkişaf məsələləri üzrə qarşılıqlı anlaşma haqqında saziş imzalayıblar.

Digər saziş arxiv işi sahəsində əməkdaşlığa aiddir.

Humay Eminqızı