Fransada 90 min avro dəyərində ilbiz oğurlanıb


  • 15:23

Fransanın şimalında yerləşən fermadan təxminən 90 min avro dəyərində ilbiz oğurlanıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Reyms şəhəri yaxınlığındakı yerləşən L'Escargot Des Grands Crus adlı fermada baş verib.

Məşhur restoranlara ilbiz tədarük edən fermanın Milad mövsümü ərəfəsində bütün ehtiyatları oğurlanıb.

Dəmir məftilləri kəsərək fermaya daxil olan oğrular daha sonra ferma binalarının qapıları bağlayaraq bütün məhsulları ələ keçiriblər.

Polis araşdırmaya başlayıb.

Yeməli ilbizlər Fransada xüsusilə Yeni il və Milad bayramlarında istifadə olunur. Onlar adətən sarımsaq yağında bişirilir və qabıqlarından təzə verilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər