- 16:45
ABŞ-də yağan güclü qar bir sıra fəsadlara səbəb olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qarlı hava 2500-dən çox uçuşun təxirə salınmasına səbəb olub.
İndiana ştatında isə 50-dən çox avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Son iki gündə təxminən 1115 reys də gecikib.
Uçuşların ləğvi və gecikmələr Şükran günündən qayıdan minlərlə sərnişinin hava limanlarında qalmasına səbəb olub.
Bəzi ərazilərdə qarın hündürlüyü 30 santimetrə çatıb.
Şəbnəm Mehdizadə