2025-ci ilin sözü bəlli oldu


  • 16:23

Oxford Universiteti Nəşriyyatı 2025-ci ilin sözünü açıqlayıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, "rage bait" ifadəsidir.

İfadə onlayn platformalarda qəsdən qəzəb və qıcıq oyadaraq istifadəçiləri reaksiya verməyə təşviq edən məzmunları ifadə edir.

Son bir ildə bu sözün istifadəsi üç dəfə artıb.

Nəşriyyatın sözçüsü bildirib ki, bu termin internetdə emosional manipulyasiyanın artdığını göstərir və rəqəmsal mədəniyyətin dəyişən dinamikasını əks etdirir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər