Fransada məscid irqçi hücumlara məruz qalıb


  • 16:45

Fransada məscid və Dini İşlər üzrə Türk-İslam Birliyi (DİTİB) ilə əlaqəli bir dərnək irqçi hücumlara məruz qalıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Puy-en-Velay şəhərindəki bir məsciddə bir qrup tərəfindən Quran nüsxələri cırılıb yerə atılıb. Monreal-la-Klüz şəhərində isə dərnəyin poçt qutusuna güllə atılıb.

Fransa İslam Şurası (CFCM) məscidə edilən hücumu pisləyən və məscid icması ilə həmrəyliyini ifadə edən yazılı bir bəyanat yayıb.

Bəyanatda vurğulanıb ki, ibadət yerinin ortasında müsəlmanların müqəddəs kitabına edilən hücum ciddi bir İslamofobiya aktıdır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər