- 17:40
Əgər Antarktida qitəsində buz təbəqəsi tamamilə ərisəydi qitə parçalanmış adalar qrupu kimi görünərdi.
E-huquq.az xəbər verir ki, dünyanın ən soyuq, ən küləkli və ən təcrid olunmuş qitəsi olan Antarktida qitəsinin altında minlərlə metr buzun gizlədiyi tamam başqa bir dünya var.
Alimlərin qabaqcıl topoqrafik skanları ilə ortaya çıxan buzsuz Antarktida xəritəsi görənləri heyrətə salıb.
Məlum olub ki, qitə tək bir quru kütləsi deyil, daha çox dərin kraterlərdən, uca dağ silsilələrindən və geniş, bir-biri ilə əlaqəsi olmayan quru kütlələrindən ibarət mürəkkəb arxipelaqdır.
Bu heyrətamiz görüntü, buzların əridiyi təqdirdə Yer kürəsinin necə dəyişəcəyini göstərir.
Şəbnəm Mehdizadə