Məzmuna keç

Braziliyada zooparkda şir 19 yaşlı gənci parçaladı

Braziliyanın Bica Zooparkında 19 yaşlı gənc şir qəfəsinin divarına dırmaşaraq içəri girdikdən sonra heyvanın hücumuna məruz qalaraq həyatını itirib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə gəncin şirə hücum etməsi nəticəsində baş verib.

Görüntülərdən məlum olur ki, gənc ağacdan istifadə edərək aşağı enib və 6 metrlik divarı keçərək qəfəsə daxil olub. Şir onu dişləri və pəncələri ilə tutaraq öldürüb.

Hadisədən sonra zoopark dərhal bağlanıb və istintaq başa çatana qədər ziyarətçilərə qapalı qalacaq.

Şəbnəm Mehdizadə