- 17:09
Türkiyənin Bakırköy şəhərində təqaüddə olan hakim qızını döyüb.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, ata ilə qızı arasında mübahisə baş verib. Mübahisə getdikcə böyüyüb və hakim qızına hücum edib.
Qadın başından yaralanaraq xəstəxanaya yerləşdirilib.
O, atası ilə bağlıl polisə şikayət edib.
Qadın ifadəsində Bakırköy Baş Prokurorluğunda prokuror kimi çalışdığını, atasının heç bir psixoloji problemi olmadığını, lakin uşaqları arasında davamlı olaraq ayrı-seçkilik etdiyini bildirib. Bu səbəbdən mübahisə etməyə başladıqlarını və atasının ona hücum etdiyini, təhqir etdiyini, saçlarını yolduğunu və vurduğunu söyləyib.
Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə