Türkiyədə FETÖ-yə qarşı əməliyyatlarda 121 nəfər yaxalanıb


  • 10:30

Türkiyənin 37 vilayətində FETÖ-ya qarşı keçirilən əməliyyat çərçivəsində son iki həftə ərzində 121 şübhəli yaxalanıb, onlardan 58-i həbs olunub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, əməliyyatlarda FETÖ-nün gizli hərbi və tələbə strukturları ilə yanaşı, təşkilatın hüquq-məhkəmə qurumundakı gizli şəbəkələrində fəaliyyət göstərən şəxslər hədəf alınıb. Həmçinin, FETÖ-nün rabiyə proqramı "ByLock" istifadəçiləri, telefonlar vasitəsilə təşkilatın üzvləri ilə əlaqə saxlayanlar və sosial mediada FETÖ-nün təbliğatını aparanlar əməliyyat çərçivəsində tutulub.

Əməliyyat nəticəsində yaxalanan 121 şübhəlidən 58-i həbs olunub, 29-u barəsində məhkəmə nəzarəti qətimkan tədbiri seçilib. Digər şübhəlilər haqqında hüquqi proseslər davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər