- 10:30
Türkiyənin Amasya şəhərinin Merzifon rayonunda cəzaçəkmə müəssisəsinə məxsus nəqliyyat vasitəsi qəzaya uğrayıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin nəqliyyat vasitəsinin yük maşını və bir avtomobillə toqquşması nəticəsində 23 nəfər yaralanıb.
Amasya valisi Önder Bakan hadisə yerində jurnalistlərə bildirib ki, nəqliyyat vasitəsi İstanbuldan digər əyalətlərə köçürülən məhbusları daşıyırmış.
Yaralılar xəstəxana çatdırılıb.
Şəbnən Mehdizadə