İsveç qış mövsümündə Ukraynaya 120 milyon dollar yardım ayırıb


  • 13:27

İsveç hökuməti Ukraynaya 1,112 milyard kron (120 milyon dollar) dəyərində yeni mülki yardım paketi təqdim edib.

E-huquq.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Vəsaitlər qış şəraitində bərpa və dayanıqlığın gücləndirilməsi sahəsində ən təcili ehtiyacları ödəmək üçün nəzərdə tutulub.

“Ayrılan vəsait ilk növbədə elektrik enerjisi təchizatı, zədələnmiş infrastrukturun təmiri və bərpasına, islahatlara, həmçinin tibb və səhiyyə sahələrində istifadə olunacaq”, - məlumatda qeyd edilib.

Vəsait bir sıra təşkilatlara və fondlara yönəldilir, xüsusilə də Şimali Ekoloji Maliyyə Korporasiyasına, Dünya Bankının Ukraynanın Bərpası üzrə Hədəf Fonduna və Avropa Yenidənqurma və İnkişaf Bankına.

“İsveç Ukraynanı dəstəkləmək üçün əlindən gələni etməyə davam edir”, - xarici ticarət və beynəlxalq inkişaf əməkdaşlığı naziri Benjamin Dousaya bildirib.

Qeyd edək ki, 2022-ci ilin fevral ayından İsveç Ukraynaya təxminən 109 milyard kron (11,5 milyard dollar) yardım ayırıb ki, bunun da 19,4 milyard kronu (2,05 milyard dollar) mülki yardım üçündür.

Humay Eminqızı

Oxşar xəbərlər