- 13:53
Çin Xalq Respublikasının Honq-Konq Xüsusi İnzibati Bölgəsində yaşayış kompleksində baş vermiş yanğında ölənlərin sayı 156 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.
Həlak olanlardan 127 nəfərin şəxsiyyəti müəyyən edilib. Bəzi cəsədlər ciddi şəkildə yandığına görə onların tanınması əlavə müayinə tələb edir.
Rəsmilər yaşayış kompleksində baş vermiş yanğının səbəblərini və şəraitini araşdırmaq üçün şəhərin hakimlərindən birinin rəhbərliyi altında müstəqil komitə yaradacağını bildirib.
Humay Eminqızı