Peskov: “Rusiya terrorla mübarizədə Hindistanla əməkdaşlığa hazırdır”


  • 13:53

“Rusiya terrorizmin bütün formalarını pisləyir və bu təhlükə ilə mübarizədə Hindistanla əməkdaşlığa hazırdır”.

E-huquq.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Nyu-Dehlidə keçiriləcək ikitərəfli sammit öncəsi deyib.

"Hindistan dəfələrlə bu təhlükə ilə üzləşib, biz Hindistan xalqının yanındayıq və təbii ki, terrorizmlə mübarizənin yeganə yolunun beynəlxalq əməkdaşlıqdan keçdiyinə inanırıq", - Peskov bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər