Yeni Zelandiyada qızıl boyunbağını udan şəxs həbs edilib


  • 14:47

Yeni Zelandiyanın Oklend şəhərində zərgərdə 33 585 dollar dəyərində boyunbağını oğurlamaqda şübhəli bilinən şəxs həbs edilib.

E-huquq.az Radio New Zealanda (RNZ) istinadən xəbər verir ki, yerli vaxtla saat 15:30 radələrində polisə bu barədə məlumat daxil olub. Polis əməkdaşları 32 yaşlı şübhəlinin 33,585 NZ dollar dəyərində boyunbağını oğurlayaraq udduğunu aşkar ediblər.

Məhkəmə qərarı ilə şübhəli şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. Onun növbəti məhkəmə iclasının dekabrın 8-də keçiriləcəyi gözlənilir.

Bildirilir ki, boyunbağı 18 karatlıq qızıldan hazırlanıb və 60 ağ brilyant və 15 mavi sapfirlə bəzədilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər