- 15:32
Yunanıstanda fermerlər traktorları ilə keçirdikləri etiraz aksiyası nəticəsində Afina–Saloniki yolunu nəqliyyata bağlayıblar.
E-huquq.az xəbər verir ki, bu barədə Yunanıstan KİV məlumat yayıb.
Etiraz aksiyası şəhərlərarası nəqliyyatın hərəkətini dayandırıb.
Fermerlər dövlət subsidiyalarındakı korrupsiya qalmaqalı ilə bağlı aparılan istintaq səbəbindən gecikən ödənişlərin və istehsal xərclərini azaltmaq üçün qanuni tənzimləmələrin edilməsini tələb edirlər.
Humay Eminqızı