İsrail ordusunun Qəzzaya hücumu nəticəsində daha bir jurnalist həlak oldu


  • 21:47

İsrail ordusunun Qəzzaya hücumu nəticəsində daha bir jurnalist həlak olub.

E-huquq.az xəbər verir ki, bu barədə hökumətin Qəzzadakı Media Ofisinin məlumatında bildirilir.

Məlumata görə ordu Qəzza zolağının cənubundakı Sarı Xəttdən kənarda yerləşən və İsrailin nəzarəti altında olmayan Xan Yunisə hücum edib.

Hücum nəticəsində fələstinli fotojurnalist Mahmud Vadi həlak olub.

Bununla da 7 oktyabr 2023-cü ildən bəri Qəzzada öldürülən jurnalistlərin sayı 257-yə çatıb.

Oxşar xəbərlər