- 10:16
ABŞ 19 ölkənin vətəndaşları üçün miqrasiya müraciətlərini müvəqqəti olaraq dayandırıb
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qərar ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərinin (USCIS) saytında dərc edilib.
Trampın iyunun 5-də imzaladığı sərəncama əsasən, Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarına ABŞ-a səyahət qadağan edilib.
Tramp həmçinin Burundi, Kuba, Laos, Sierra Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşlarına da səyahət məhdudiyyətləri qoyub.
Bu ölkələr müəyyən edilmiş 19 “yüksək riskli ölkə” arasındadır.
Şəbnəm Mehdizadə