Almaniyada hicablı qadının hakim olmasına icazə verilmədi


  • 11:24

Almaniyada məhkəmə hicablı qadının hakim və prokuror olmasına dair qadağanı təsdiqləyib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın Hessen əyalətində yaşayan qadın müsahibə zamanı bildirib ki, hicab taxmaq onun üçün dini bir borcdur və dinləmələr zamanı onu çıxarmayacaq.

Ədliyyə Nazirliyi ərizəni "dövlətin qərəzsizlik prinsipini pozacağını" əsas gətirərək rədd edib.

Məhkəmə rədd cavabını təsdiqləyib.

Məhkəmə hesab edib ki, dini simvollarla məhkəmə zalında iştirak neytrallıq prinsipini pozur.

Qərarda qeyd olunub ki, tələb olunan baş örtüyünün çıxarılması dini azadlıqlara minimal müdaxilə hesab olunur. Oxşar qərarlar daha əvvəl Almaniyanın digər əyalətlərində də çıxarılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər